Dünya

SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus sualtı aparatı ələ keçirib

SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus sualtı aparatı ələ keçirib

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi-Dəniz Qüvvələri ABŞ-yə məxsus müasir "Dive-LD" avtonom sualtı aparatını ələ keçirdiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə SEPAH-ın Hərbi-Dəniz Qüvvələrinin bəyanatında deyilir.

"ABŞ ordusunun ən müasir intellektual pilotsuz sualtı aparatlarından biri Hörmüz boğazının girişində ələ keçirilib", - açıqlamada bildirilir.

Qeyd olunur ki, "Dive-LD" avtonom sualtı pilotsuz aparatı 2025-ci ildən ABŞ donanmasına tədarük edilməyə başlayıb.

Demokrat.az

D
demokrat.az