İsrail polisi Qüdsdəki erməni kilsəsinə qarşı yönəlmiş tez-tez təkrarlanan tüpürmə və digər təhqiramiz hərəkətlərin qarşısını almaq məqsədilə ilk dəfə əməkdaşlarını həmin məkana yerləşdirib.
Demokrat.az-ın məlumatına görə, bu barədə "The Times of Israel" xəbər verib.
Bununla belə, hətta polis əməkdaşlarının mövcudluğu da hələlik bu cür hadisələrin qarşısını ala bilməyib.
İsraildə dini ayrı-seçkilik hallarını sənədləşdirən Dini Azadlıqların Öyrənilməsi Mərkəzinin təmsilçisi Yiska Haraninin məlumatına görə, şənbə günü polis əməkdaşları Köhnə Şəhərdəki erməni kilsəsinin qarşısında görünüblər.
Harani bildirib ki, bir gün əvvəl axşam saatlarında o, kafedralın yanından keçərkən kilsəyə tərəf tüpürən və – görüntülərdən belə anlaşılır ki – daha sonra barmaqlarını yalayan gənc yəhudi qadını lentə alıb. Hadisədən sonra polis əməkdaşları həmin qadına yaxınlaşıblar, lakin videoda vəziyyətin sonrakı gedişatı əks olunmayıb.
من كثرة بصق واعتداء الإسرائيليين على مدخل كنيسة دير مار يعقوب في حي الأرمن في القدس المحتلة، وانتشار الفيديوهات والضغط السياسي، وضعت السلطات الإسرائيلية حراساً على الكنيسة، ورغم ذلك استمر البصق؛ فهي عادة وثقافة مجتمع كامل، كما في هذا المشهد الذي بصقت فيه إسرائيليتان على الكنيسة.… pic.twitter.com/MfcoqCQB0I
— Tamer | تامر (@tamerqdh) September 6, 2026


