Şou-biznes Özəl

İbrahim Tatlısesin son hali sevənlərini məyus etdi — FOTO

İbrahim Tatlısesin son hali sevənlərini məyus etdi — FOTO

Məşhur müğənni İbrahim Tatlıses Çeşmədə kafe çıxışında kameralara tuş gəlib. Sənətçinin həddən artıq arıqlaması diqqətdən qaçmayıb. Onu görən pərəstişkarları dərhal sağlamlıq vəziyyəti ilə maraqlanıblar.

Demokrat.az bildirir ki, müğənni Ilıca bölgəsindəki məkanların birində dincəlir. Sakit görünən Tatlıses azarkeşlərinin şəkil çəkdirmək xahişini geri çevirməyib. Lakin onun üz cizgilərinin dəyişməsi narahatlıq yaradıb.

Sənətçi hələ ki bu görüntülərlə bağlı açıqlama verməyib.

Əvvəllər də ciddi səhhət problemləri yaşayan ifaçı yaradıcılığına davam edir. Sevənləri isə onun səhhətində yeni problemin olmamasını arzulayır.

İbrahim Tatlısesin son hali sevənlərini məyus etdi — FOTO

Demokrat.az

D
demokrat.az