Dünya

Çində güclü zəlzələ baş verdi

Çində güclü zəlzələ baş verdi

Çinin şimal-qərb bölgəsi geoloji baxımdan aktiv zonada yerləşdiyi üçün burada tez-tez yeraltı təkanlar qeydə alınır. Bölgədə növbəti zəlzələ Sunxay əyalətində baş verib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, yeraltı təkanların gücü 5,2 bal təşkil edib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Zəlzələnin mərkəzi Dunxuan şəhərindən 272 kilometr cənub-şərqdə qeydə alınıb. Dağıntılar və tələfat barədə hələlik rəsmi məlumat verilməyib.

Bundan bir gün əvvəl isə Cənubi Sintszyan bölgəsində 4,4 bal gücündə oxşar yerüstü təkanlar qeydə alınmışdı. Regionda seysmik vəziyyət mütəxəssislər tərəfindən izlənilməyə davam edir.

Demokrat.az

D
demokrat.az