Sağlamlıq Özəl

Bu əlamətlərə diqqət — Yorğunluq, ürəkbulanma...

Bu əlamətlərə diqqət — Yorğunluq, ürəkbulanma...

İşemik ürək xəstəliyi uzun müddət yalnız kişilərə xas xəstəlik kimi qəbul edilsə də, mütəxəssislər qadınlarda da ürəktutması riskinin yüksək olduğunu bildirirlər. Xüsusilə menopozdan sonra ürək-damar xəstəliklərinin yaranma ehtimalı artır.

Demokrat.az xəbər verir ki, ürək-damar həkimləri qeyd edib ki, qadınlarda ürəktutmasının əlamətləri bəzi hallarda kişilərdən fərqli ola bilər. Bununla belə, sinə ağrısı qadınlarda da əsas əlamətlərdən biridir.

Araşdırmalara əsasən, qadınların 87 faizində, kişilərin isə 89,5 faizində ürəktutması zamanı sinə ağrısı, təzyiq və ya sıxılma hissi müşahidə olunub.

Qadınlarda sinə ağrısı ilə yanaşı təngnəfəslik, ürəkbulanma, kürək, çiyin və çənə nahiyəsində ağrı, soyuq tər, səbəbsiz yorğunluq və mədə narahatlığı da yarana bilər. Bu əlamətlərin stress və ya reflükslə əlaqələndirilməsi diaqnozun gecikməsinə səbəb ola bilər.

Bildirirlər ki, stress, təşviş və depressiya da qadınlarda ürək xəstəlikləri ilə əlaqəli ola bilər. Bundan əlavə, qadınlarda mikrodamar xəstəliyi və damar spazmı daha çox müşahidə edilə bilər. Angioqrafiyada iri damarlarda ciddi daralma görünməməsi ürək probleminin olmadığı anlamına gəlmir.

Xüsusilə gənc qadınlarda spontan koronar arteriya disseksiyası da ürəktutmasına səbəb ola bilər. Bu vəziyyət hamiləlik dövründə də meydana çıxa bilər.

Ürək-damar xəstəliklərindən qorunmaq üçün qan təzyiqi, xolesterin və qan şəkəri mütəmadi yoxlanılmalı, siqaretdən uzaq durulmalı, fiziki aktivlik artırılmalı və sağlam qidalanmaya üstünlük verilməlidir. Sağlam çəkinin qorunması, yuxu və stress problemlərinə diqqət yetirilməsi də vacibdir.

Demokrat.az

D
demokrat.az