Dünya

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb

Qarabağ UEFA Konfrans Liqasında mübarizəni dayandırıb, 12 illik seriya qırılıb

"Qarabağ" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda pley-off mərhələsinin cavab oyununda Niderlandın "Tvente" kollektivini qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanın əsas vaxtı rəqibin 2:1 hesablı qələbəsi ilə bitib.

59-cu dəqiqədə "köhlən atlar"ın heyətində Kadi Borges fərqlənib. Qonaqlarda Marko Pyatsa 80-ci dəqiqədə tarazlığı bərpa edib. 90+2-ci dəqiqədə Maks Bryuns adını tabloya yazdırıb. Niderlandda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qalib gəldiyi üçün görüşdə əlavə vaxta ehtiyac duyulub. 94-cü dəqiqədə Vaut Veqhorst Enshede komandasının növbəti qoluna imza atıb. 106-cı dəqiqədə Marko Yankoviç ağdamlıları azlıqda qoyub. 115-ci dəqiqədə Yunes Taha hesabı 4:1 edib.

Beləliklə, ardıcıl 12 mövsüm avrokubokların əsas mərhələsində mübarizə aparan "Qarabağ"ın uğurlu seriyası qırılıb.(report)

Demokrat.az

D
demokrat.az