Kriminal Özəl

Döyülən qadın məhkəmədə ərini bağışladı

Döyülən qadın məhkəmədə ərini bağışladı

Bakının Xəzər rayonunda 33 yaşlı kişi arvadına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xəzər rayonu, Südçülük Savxozu nömrəsiz ünvanında baş verib.

Lerik rayon sakini, 1993-cü il təvəllüdlü Fərman fərdi evində ailə-məişət zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Fəranə (adlar şərtidir – red.) ilə mübahisə edib.

Bu zaman o, əli ilə arvadının sifət, baş və bədən nahiyələrinə qəsdən vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Fərmanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Fərman ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib.

Zərərçəkmiş də əri ilə barışdığını təsdiqləyib. O, təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirib.

Xəzər Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət işi üzrə icraata xitam verilib.

Fariz Məlikli

D
demokrat.az