Dünya

Netanyahudan sərt addım: Qüdsdə təxliyə başladı

Netanyahudan sərt addım: Qüdsdə təxliyə başladı

Birləşmiş Millətlər Təşkilatının Fələstin Qaçqınlarına Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyinin İsrail ərazisində fəaliyyətini qadağan edən qanuna uyğun olaraq, qurumun Qüdsdəki kompleksinin təxliyəsinə başlanıb.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu elan edib. "Mənim göstərişlərimə uyğun olaraq və qəbul edilmiş qanunun icrası məqsədilə bu gün (25 avqust - red.) Qüdsdə, Kafr-Akabdakı kompleksin təxliyəsinə başlanılıb. İsrail dövləti oktyabr terroru və qırğınında əməkdaşları iştirak edən bir təşkilatın öz ərazisində fəaliyyət göstərməsinə icazə verməyəcək və bütün mövcud vasitələrlə onunla mübarizə aparacaq", - deyə Netanyahu əlavə edib.

İsrail tərəfi daha əvvəl də dəfələrlə iddia edib ki, bu agentliyin bir çox əməkdaşı eyni zamanda HƏMAS-ın hərbi qanadının fəaliyyətində iştirak edir.

Demokrat.az

D
demokrat.az