Dünya

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT Baş katibi Rusiyanı Avropa ölkəsi adlandırdı

BMT-nin Baş katibi Antoniu Quterreş Rusiyanın Avropa ölkəsi olduğunu bəyan edib.

Demokrat.az xəbər verir ki, o, bu barədə "Financial Times" (FT) qəzetinə verdiyi müsahibəsində bildirib. "Təhlükəsizlik Şurasına baxın. Təhlükəsizlik Şurasında üç Avropa üzvü var. Xoşunuza gəlsə də, gəlməsə də, Rusiya Avropa ölkəsidir və beş ölkədən üçü Avropanı təmsil edir", — deyə o vurğulayıb.

Bundan əvvəl Quterreş Ukraynanı Krasnodar diyarının dinc sakinlərinə və mülki infrastrukturuna qarşı zərbələri dərhal dayandırmağa çağırmışdı.

Demokrat.az

D
demokrat.az