49 yaşlı türk model və pilates məşqçisi Ebru Şallı formada qalmasının sirrini açıqlayıb.
Demokrat.az xəbər verir ki, türkiyəli moda dizayneri Çiğdem Karavitin yeni kolleksiyasının təqdimatında podiuma çıxan Şallı qidalanması və idman rejimi barədə danışıb.
O, mütəmadi olaraq pilateslə məşğul olduğunu və əzələ kütləsini artırmağa çalışdığını bildirib.
Şallı çəkisinin 54 kiloqram olduğunu qeyd edib: “Çox arıq deyiləm. Belə düşünürlər, amma 54 kiloyam. Əzələ nisbətim yüksəkdir və bunu daha da artırmağa çalışıram”.
Məşhur model səhərlər 6 yumurta yediyini, xüsusilə yumurtanın ağından çox istifadə etdiyini deyib. Onun sözlərinə görə, sağlam qalmaq üçün düzgün və təmiz qidalanmaq vacibdir.
Şallı bu rejimi uzun illərdir davam etdirdiyini vurğulayıb: “Sağlam olmaq üçün təmiz qidalanmaq lazımdır. İllərdir bunun üçün çalışıram”.
Jalə Demokrat.az


