Şou-biznes Özəl

İş admı və Türkiyə gözəli evləndi, 34 nikah şahidi oldu — FOTO

İş admı və Türkiyə gözəli evləndi, 34 nikah şahidi oldu — FOTO

"Miss Turkey 2022" müsabiqəsinin qalibi Nursena Say 5 ildir birlikdə olduğu iş adamı Fatih Kaynarca ilə İstanbulda keçirilən nikah mərasimində ailə həyatı qurub.

Demokrat.az xəbər verir ki, mərasimdə siyasət dünyasından çox sayda tanınmış şəxs iştirak edib.

Nursena Say və Fatih Kaynarcaya nikah şahidliyi edən 34 nəfər arasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) 29-cu sədri professor Mustafa Şentop, TBMM-nin 27-ci çağırış sədr müavini Sadi Süreyya Bilgiç, Sənaye və Texnologiya naziri Mehmet Fatih Kacır, İstanbul valisi Davut Gül, Ədalət və İnkişaf Partiyasının (AK Parti) İstanbul millət vəkili Tuğba Işık Ercan, AK Parti sədrinin müavini Ahmet Büyükgümüş, AK Parti İstanbul il sədri Abdullah Özdemir, keçmiş Ailə və Sosial Xidmətlər naziri Fatma Şahin, keçmiş Səhiyyə naziri Mehmet Müezzinoğlu, keçmiş Ailə və Sosial Siyasətlər naziri Fatma Betül Sayan Kaya, keçmiş Avropa İttifaqı naziri Egemen Bağış, daxili işlər nazirinin müavini Bülent Turan, ticarət nazirinin müavini Mahmut Gürcan və mədəniyyət və turizm nazirinin müavini doktor Batuhan Mumcu da olub.

Mərasimə həmçinin nazirlər, millət vəkilləri, məhkəmə sistemi nümayəndələri, yüksək vəzifəli dövlət məmurları, iş adamları və cəmiyyət həyatının tanınmış simaları qatılıblar.

İş admı və Türkiyə gözəli evləndi, 34 nikah şahidi oldu — FOTO

Jalə Demokrat.az

D
demokrat.az