Bakının Xətai rayonunda 60 yaşlı kişi arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Xətai rayonu, R. Quliyev küçəsində mənzillərdən birində baş verib.
Tovuz rayon sakini, 1966-cı il təvəllüdlü Mehdi aralarında ailə-məişət zəminində yaranmış mübahisə zamanı arvadı Fatimə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Bu zaman 60 yaşlı kişi əl zərbələri ilə qadının sifət və bədəninin müxtəlif nahiyələrindən vurmaqla onu döyüb. O, qadına müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Qadının hüquq-mühafizə orqanlarına etdiyi şikayətindən sonra Mehdinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Məhkəmə araşdırması zamanı məlum olub ki, ər-arvad arasında barışıq olub. Qadın ərini bağışlayıb, ona qarşı şikayətini geri götürüb.
Xətai Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Mehdi cinayət məsuliyyətindən azad edilib və onun barəsində olan cinayət təqibinə xitam verilib.


