Dünya

Co Baydenin xərçəng xəstəliyi yayılıb — Oğlu açıqladı

Co Baydenin xərçəng xəstəliyi yayılıb — Oğlu açıqladı

ABŞ-nin sabiq prezidenti Co Baydenin xərçəng xəstəliyinin yayıldığı açıqlanıb.

Demokrat.azxəbər verir ki, Baydenin oğlu Hanter Bayden BBC-yə müsahibəsində atasının səhhəti barədə danışaraq bildirib ki, 2025-ci ilin mayında diaqnoz qoyulan prostat xərçəngi artıq metastaz verib.

Onun sözlərinə görə, xəstəlik sümüklər də daxil olmaqla bədənin digər nahiyələrinə yayılıb və atasının müalicə prosesi getdikcə daha çətinləşir.

Demokrat.az

D
demokrat.az