Dünya

Rusiya Xarkova hücum etdi: Ölən və yaralananlar var

Rusiya Xarkova hücum etdi: Ölən və yaralananlar var

Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Xarkov şəhərində çoxmərtəbəli yaşayış binasına zərbə endirib.

Demokrat.az-ın məlumatına görə, bu barədə şəhər meri İqor Terexov bildirib.

"Xarkovun Saltovsk rayonunda çoxmərtəbəli yaşayış binasına, eləcə də qonşu binaya zərbə endirilib. Binanın içərisində insanlar qalıb; xilasetmə əməliyyatı başlayıb", - o, sosial şəbəkə hesabında yazıb.

Mer əlavə edib ki, zərbə nəticəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.

Demokrat.az

D
demokrat.az