Sağlamlıq Özəl

Qaya duzu ilə bağlı illərdir doğru bildiyimiz böyük yalan

Qaya duzu ilə bağlı illərdir doğru bildiyimiz böyük yalan

Qaya duzu uzun illərdir “ən sağlam duz” kimi təqdim olunur və bir çox insan bu səbəbdən yodlu süfrə duzundan imtina edərək ona üstünlük verir.

Demokrat.az xəbər verir ki, qaya duzunun digər duz növlərindən daha faydalı olması ilə bağlı geniş yayılmış fikirləri təsdiqləyən kifayət qədər elmi sübut yoxdur.

Qaya duzu yeraltı duz yataqlarından çıxarılan təbii duz növüdür. Tərkibində natrium xloridlə yanaşı, çox az miqdarda müxtəlif minerallar da olsa da, bu minerallar gündəlik qidalanmaya əhəmiyyətli töhfə verəcək səviyyədə deyil.

Bildirilir ki, qaya duzunun tərkibindəki mikrominerallar ona sağlamlıq baxımından nəzərəçarpacaq üstünlük qazandırmır. Bu səbəbdən yalnız təbii mənşəli olduğuna görə onu digər duz növlərindən daha faydalı hesab etmək doğru deyil.

Əsas məsələ istifadə edilən duzun növündən daha çox, onun yod tərkibi və gündəlik istehlak miqdarıdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yod çatışmazlığının qarşısının alınması üçün yodlu duzdan istifadənin mühüm ictimai səhiyyə tədbiri olduğunu vurğulayır. Yod tiroid hormonlarının sintezi, orqanizmin böyüməsi, inkişafı və beyin funksiyalarının normal fəaliyyəti üçün vacib element hesab olunur.

Demokrat.az

D
demokrat.az