Dünya Özəl

Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin şəkildə azalır — VİDEO

Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi kəskin şəkildə azalır — VİDEO

"2026-cı ildə bu göstərici 2025-ci illə müqayisədə üçdə iki nisbətində azalıb və azalmağa davam edəcək."

Demokrat.az-ın məlumatına görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.

"Aİİ ilə Ermənistan arasındakı münasibətlərdə yaranan vəziyyət proqnozlaşdırıla bilən idi. Son üç-dörd il ərzində biz Ermənistandakı həmkarlarımıza belə risklərin — xüsusilə də ticarət dövriyyəsinin azalması riskinin — mövcud olduğunu bildirirdik. 2024-cü ildə Rusiya ilə Ermənistan arasında ticarət dövriyyəsi rekord həddə — təxminən 12 milyard dollara çatmışdı ki, bu da çox böyük rəqəmdir. Ötən il bu göstərici təxminən 8 milyard dollara düşdü. Bu il isə ticarət dövriyyəsində kəskin azalma müşahidə edirik; həcm əvvəlki dövrlə müqayisədə təxminən üçdə iki nisbətində azalıb. Vəziyyət elədir ki, azalma tendensiyası, şübhəsiz ki, davam edəcək", — deyə Overçuk qeyd edib.

Xatırladaq ki, Paşinyan hökuməti Qərblə yaxınlaşma siyasəti yürüdür və bu addım onun Avrasiya İqtisadi Birliyi və KTMT daxilində əsas müttəfiqi olan Rusiya ilə münasibətləri ciddi şəkildə gərginləşdirib. Moskva Paşinyanı Avropa inteqrasiyasından imtina etməyə və Rusiyanın əsarətinə qayıtmağa məcbur etmək üçün Yerevana bir sıra iqtisadi sanksiyalar tətbiq edib. Lakin Kremlin təzyiqi Ermənistanın xarici siyasətini əhəmiyyətli dərəcədə dəyişdirə bilməyib və Paşinyanın partiyası seçkilərdə üçüncü dəfə qalib gələrək qanunverici orqanda mütləq çoxluq qazanıb.

Alparslan Demokrat.az

D
demokrat.az