Kriminal Özəl

Həmkəndlilər arasındakı dava ilə bağlı qərar açıqlandı

Həmkəndlilər arasındakı dava ilə bağlı qərar açıqlandı

Bakakən rayonunda 34 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Qazma kəndi ərazisində baş verib. 1992-ci il təvəllüdlü Eldar küçədə şəxsi münasibətlər zəminində həmkəndlisi Vüsal ilə sözlə mübahisə edib.

Bu zaman Vüsal onu təpiklə vurub. Bundan əsəbiləşən Eldar yerdən daş parçası götürərək Vüsalın sifət nahiyəsinə atıb. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Daha sonra Eldar digər kənddə olan qaynanasının evində olarkən Vüsal da oraya gəlib. Vüsal evə çatan zaman Eldara yumruqla zərbə vurub. Eldar isə stolun üzərində olan stəkanı götürərək bir dəfə Vüsalın baş nahiyəsinə vurub.

Faktla bağlı Eldarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Eldar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını göstərib.

Balakən Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işi üzrə icraata xitam verilib və təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az