Türk musiqisinin məşhur simalarından olan Sibel Can 56-cı doğum günündə etdiyi nostalji paylaşımı ilə diqqət çəkib.
Məşhur sənətçi sosial media hesabında karyerasının ilk illərinə aid fotosunu yayımlayaraq izləyicilərini keçmişə aparıb.
Demokrat.az bildirir ki, Sibel Can paylaşımına "Hələ yolun lap başlanğıcında..." sözlərini əlavə edib.
Sənətçinin gənclik illərinə aid fotosu qısa zamanda böyük maraqla qarşılanıb. Pərəstişkarları paylaşımın altında çoxsaylı təbrik mesajları yazaraq Sibel Canın dəyişməyən gözəlliyini və sənət yolundakı uğurlarını qeyd ediblər.
Gələn xoş arzulara görə izləyicilərinə təşəkkür edən Sibel Can duyğularını belə ifadə edib:
"Bu gün mənə hiss etdirdiyiniz sevgi üçün hər birinizə çox təşəkkür edirəm. Zəng edən, yazan, təbrik edən, gözəl arzularını paylaşan hər kəsə minnətdaram. Yaxşı ki, varsınız. Bu il birlikdə çox gözəl xatirələr topladıq. Qarşıda hələ deyəcəyimiz çox mahnı, görüşəcəyimiz çox konsert var. Sizi çox sevirəm."
Leyla Demokrat.az


