Dünya Özəl

Davudoğlu siyasətdən getdi

Davudoğlu siyasətdən getdi

Türkiyənin sabiq Baş naziri və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu aktiv siyasətdən getdiyini bəyan edib.

Demokrat.az xəbər verir ki, Davudoğlu sosial şəbəkə hesablarında paylaşdığı yazılı açıqlamada siyasi fəaliyyətini başa vurduğunu və rəhbərlik etdiyi Gələcək Partiyasının da fəaliyyətinə son verildiyini bildirib.

67 yaşlı siyasətçi qərarının səbəbləri barədə ətraflı məlumat verməyib.

Qeyd edək ki, Əhməd Davudoğlu 2014-2016-cı illərdə Türkiyənin Baş naziri və hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədri vəzifəsində çalışıb. O, 2016-cı ildə bu postlardan ayrıldıqdan sonra, 2019-cu ildə Gələcək Partiyasını təsis edərək siyasi fəaliyyətini müstəqil şəkildə davam etdirmişdi.

Davudoğlunun siyasətdən çəkilməsi və Gələcək Partiyasının fəaliyyətini dayandırması Türkiyə siyasi gündəmində diqqət çəkən hadisələrdən biri kimi qiymətləndirilir.

Jalə

D
demokrat.az