Turizm Özəl

Qlobal istilər səyahət vərdişlərini dəyişdi — Açıqlama

Qlobal istilər səyahət vərdişlərini dəyişdi — Açıqlama

Dünyada müşahidə olunan rekord isti hava dalğaları və iqlim dəyişiklikləri insanların səyahət vərdişlərinə də təsir etməyə başlayıb. Xüsusilə yay aylarında ənənəvi turizm istiqamətləri hesab olunan bəzi Aralıq dənizi ölkələrində yüksək temperatur, meşə yanğınları və su qıtlığı turistlərin daha sərin iqlimə malik alternativ marşrutlara üz tutmasına səbəb olur.

Azərbaycan bundan qazana bilərmi?

Demokrat.az-a mövzu ilə bağlı açıqlama verən turizm eksperti Əziz Şiriyev istənilən halda hava kütlələrinin və digər amillərin turizmin inkişafına öz təsirini göstərdiyini bildirib:

Qlobal istilər səyahət vərdişlərini dəyişdi — Açıqlama

“Çünki turizm kifayət qədər həssas sahədir və baş verən istənilən proses ilk növbədə bu sektora təsir edir. Lakin hər bir belə prosesdən sonra turizmdə yenidən canlanma müşahidə olunur. Çünki insanların təbiətində səyahət etmək, yeni yerlər görmək istəyi var. Hər bir insan dünyanı kəşf etməyə, ən azı isə öz ölkəsindəki gözəl məkanları gəzməyə çalışır”.

Ekspertin fikrincə, hazırda insanlar daha çox dənizkənarı istiqamətlərə üstünlük verirlər:

“Ölkədaxili turizmdə isə əsasən şimal və şimal-qərb bölgələrinə maraq yüksəkdir. Bu, xüsusilə Quba-Qusar və Qax-Zaqatala-Balakən istiqamətlərində özünü göstərir. Xarici turizmdə isə daha çox Antalya, İzmir, Alaçatı, Bodrum və Quşadasına üstünlük verilir. Bundan başqa, Şarm əl-Şeyx və Sina yarımadasına da maraq böyükdür. Bu istiqamətlər vizasız olduğu, otellərin əksəriyyəti Türkiyə şirkətləri tərəfindən idarə edildiyi və paket turlar şəklində təklif olunduğu üçün turistlər dil və təşkilati baxımdan çətinlik yaşamırlar”.

Fidan Hacızadə

D
demokrat.az