Siyasət Özəl

İranın qərarı Moskvanın əlini gücləndirə bilər — Açıqlama

İranın qərarı Moskvanın əlini gücləndirə bilər — Açıqlama

İran Rusiya gəmilərinin Hörmüz boğazından keçidi üçün tətbiq olunan xüsusi rejimi bundan sonra da qüvvədə saxlayacaq. Bildirilib ki, Tehran dost ölkələrə münasibətdə xüsusi keçid rejimini qoruyacaq.

İranın bu qərarı Rusiya üçün hansı üstünlükləri yaradır?

Siyasi ekspert Çingiz Şahbazi Demokrat.az saytına açıqlama verib. O, İranın Moskvadakı səfiri Kazım Cəlalinin bəyanatına diqqət çəkib. Ekspert bildirib ki, xüsusi rejimin saxlanılması Rusiya üçün mühüm üstünlükdür.

İranın qərarı Moskvanın əlini gücləndirə bilər — Açıqlama

“Həmin xüsusi rejimin detalları barədə açıqlama verilməsə də, bu qərar Rusiya üçün mühüm üstünlük təşkil edir.

Hörmüz boğazına nəzarət hazırda Yaxın Şərqdəki gərginliyin və qeyri-sabitliyin əsas elementlərindən biridir. İranın seçilmiş ölkələrə qarşı güzəşt tətbiq etməsi onun boğaz üzərində olan faktiki nəzarətini siyasi alət kimi istifadə etdiyini göstərir. İran keçidin tam bağlanmadığını desə də, bütün gəmilərin İranın müəyyən etdiyi prosedurlara əməl etmək məcburiyyətində qaldığını İranın Rusiyadakı səfirinin açıqlaması tam ortaya qoyur”.

Ekspert səfirin bəyanatında Tehranın Hörmüz boğazı üzərində suveren nəzarət iddiasını gücləndirmək məqsədinin göründüyündən bəhs edib:

"Həmçinin bunu İran-Rusiya münasibətlərini və əməkdaşlığını daha geniş geosiyasi kontekstdə qiymətləndirmək üçün verilən bəyanat kimi də qəbul etmək olar. Bu, Fars körfəzi və Xəzər dənizi üzərindən Moskva ilə Tehran arasında hərbi və iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə strateji əhəmiyyət daşıyan mesajdır. Bu baxımdan, verilən bəyanatın açıq şəkildə siyasi-diplomatik mesaj olduğu qənaətindəyəm. Burada həmçinin İranın tətbiq etdiyi xüsusi rejimin hansı beynəlxalq hüquqi bazaya söykəndiyi və bu rejimin hansı xüsusi mexanizmlər əsasında həyata keçiriləcəyi məlum olmasa da, praktik təhlükəsizlik və logistika üstünlüklərinin verildiyini qeyd etmək olar”.

Fidan Hacızadə

D
demokrat.az