Dünya Özəl

Türkiyə Rusiya mədən sənayesinə avadanlıq ixracına başlayıb

Türkiyə Rusiya mədən sənayesinə avadanlıq ixracına başlayıb

"Volqa-Dnepr" təyyarəsi emal zavodu üçün Türkiyə istehsalı olan qurğuları səkkiz gün ərzində çatdırıb.

"Volga-Dnepr Airlines" şirkəti An-124-100 təyyarəsi vasitəsilə İstanbuldan Çitaya 80 tondan çox sənaye avadanlığı daşıyıb. Yük Trans-Baykal bölgəsindəki bir mədən müəssisəsi üçün Türkiyədəki zavodda istehsal olunub.

Aviaşirkət qeyd edib ki, çatdırılan avadanlıqlar filizdən qiymətli komponentlərin çıxarılmasında istifadə olunan flotasiya maşınlarında quraşdırılmaq üçün nəzərdə tutulub. Logistika qrupları İstanbulda terminal əməliyyatlarını həyata keçirib və yükün Çita hava limanından ucqar bir məkana avtomobil nəqliyyatı ilə daşınmasını təşkil edib. Zavoddan quraşdırma məkanına qədər bütün daşınma prosesi səkkiz gün çəkib.

Xatırladırıq ki, Türkiyənin Yıldırım Holding şirkəti başda olmaqla bir çox firmaları metal və mədənçilik sahəsində işlənən iri mexanizmlərin istehsalında böyük uğurlar qazanıblar və hazırda bu şirkətlərin avadanlıqları dünyanın bir çox ölkələrinin mədən sənayesində geniş istifadə olunur.

Bundan başqa Yıldırım Holding ferroalyaj, kömür, kok ve başqa industrial xam maddelerin istehsalı ilə də məşğuldur.

Alparslan Demokrat.az

D
demokrat.az