Sağlamlıq Özəl

Dəmir çatışmazlığının qarşısını almağa kömək edən 22 qida

Dəmir çatışmazlığının qarşısını almağa kömək edən 22 qida

Dəmir orqanizmin normal fəaliyyəti üçün vacib minerallardan biridir. Onun çatışmazlığı yorğunluq, halsızlıq, soyuğa həssaslıq və digər sağlamlıq problemlərinə səbəb ola bilər. Mütəxəssislər dəmir ehtiyacını qarşılamaq üçün rasiona bu mineralla zəngin qidaların əlavə edilməsini tövsiyə edirlər.

Demokrat.az xəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutunun məlumatına görə, dəmir beyin, əzələlər və immun sisteminin fəaliyyətini dəstəkləyir, eyni zamanda oksigeni daşıyan hemoglobinin yaranmasında mühüm rol oynayır.

Diyetoloqların fikrincə, dəmirlə zəngin qidalar arasında həm bitki, həm də heyvan mənşəli məhsullar var. Ən faydalı mənbələrdən bəziləri bunlardır:

* İspanaq – bişmiş bir porsiyası təxminən 6,4 mq dəmir ehtiva edir. * Ağ lobya – bir stəkanında təxminən 6,6 mq dəmir var. * Dəmirlə zənginləşdirilmiş səhər yeməyi dənli məhsulları – bəzi növləri gündəlik dəmir ehtiyacının 100 faizini ödəyə bilər. * Qırmızı lobya – yüksək miqdarda dəmir, lif və bitki zülalı mənbəyidir. * Yulaf – 100 qramında təxminən 3,8–4,3 mq dəmir olur. * Mərcimək – bir stəkanında təxminən 6,6 mq dəmir və bol zülal var. * Kinoa – həm bitki mənşəli tam zülal, həm də dəmir mənbəyidir. * İstiridyə – dəniz məhsulları arasında dəmirlə ən zəngin qidalardan biridir. * Noxud və yaşıl noxud – tərkibində dəmir, maqnezium və kalsium var. * Edamame (soya paxlası) – zülal və dəmir baxımından faydalıdır. * Tünd şokolad – az miqdarda istehlak edildikdə dəmir ehtiyacının qarşılanmasına töhfə verə bilər. * Balqabaq tumu – dəmir, zülal və faydalı yağlarla zəngindir. * Quru ərik – bitki mənşəli dəmir mənbələrindən biridir. * Tofu – xüsusilə vegeterian qidalananlar üçün yaxşı seçimdir. * Sobada bişmiş kartof – həm dəmir, həm də C vitamini ehtiva edir. * Mal əti və hinduşka – orqanizmin daha asan mənimsədiyi dəmir mənbələri hesab olunur.

Mütəxəssislər bildirirlər ki, 50 yaşdan aşağı qadınların gündə təxminən 18 mq, kişilərin isə 8 mq dəmir qəbul etməsi tövsiyə olunur. 50 yaşdan yuxarı insanlar üçün isə gündəlik ehtiyac təxminən 8 mq təşkil edir.

Diyetoloqlar həmçinin qeyd edirlər ki, dəmirin mənimsənilməsini artırmaq üçün bu mineralla zəngin qidaları C vitamini mənbələri ilə birlikdə qəbul etmək faydalıdır.

D
demokrat.az