Kriminal Özəl

"Niyə o "WhatsApp" qrupundasan?" deyib arvadını döydü

Niyə o WhatsApp qrupundasan? deyib arvadını döydü

Bakının Pirallahı rayonunda 34 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Cümşüd ötən ilin aprel ayında yaşadığı evdə həyat yoldaşı Aytən (ad şərtidir – red.) ilə mübahisə edib.

Cümşüd ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı əlində olan taxta parçasını ona ataraq Aytənin təpə-ənsə nahiyəsinə xəsarət yetirib.

Bundan başqa, Cümşüd növbəti gün yenidən yaşadığı evdə həyat yoldaşı Aytənlə ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı övladının təhsil aldığı məktəbin valideynlərdən ibarət yaradılmış "WhatsApp" qrupundan çıxmamasını bəhanə edərək mobil telefonla onun bədəninin müxtəlif nahiyələrinə zərbələr vurub.

Faktla bağlı Cümşüd barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Məhkəmə iclasında təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib və etdiyi əməldən peşman olduğunu bildirib. O, barəsində amnistiya aktının tətbiq edilməsini xahiş edib.

Zərərçəkmiş şəxs də təqsirləndirilən şəxsə qarşı şikayətinin olmadığını deyib.

Pirallahı Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilib, o, cinayət məsuliyyətindən azad olunub və cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

D
demokrat.az