"Qodzilla" haqqında iki filmdə rol almış eşitmə məhdudiyyətli aktrisa Keyli Hottl yol-nəqliyyat hadisəsi nəticəsində vəfat edib.
Bu barədə TMZ nəşri mərhumun atası Coşua Hottla istinadən xəbər verib.
Qeyd olunub ki, 18 yaşlı aktrisanın iştirakı ilə ölümcül avtomobil qəzası səhər saatlarında ABŞ-nin Merilend ştatında baş verib.
Keyli Hottl 2021-ci ildə "Qodzilla Konqa qarşı" filmində Ciya rolunu - Kinq-Konqla jest dili vasitəsilə ünsiyyət quran yeniyetmə qızı canlandırıb. Aktrisa 2024-cü ildə işıq üzü görən "Qodzilla və Konq: Yeni imperiya" filmində də Ciya rolun canlandırmışdı.
Demokrat.az


