Dünya

Tramp İranı hədələdi

Tramp İranı hədələdi

ABŞ Prezidenti Donald Tramp İranı öldürülən hər bir Amerika əsgərinə görə sərt cavabla hədələyib.

Obu barədə “Truth Social” sosial şəbəkə platformasında məlumat verib.

Tramp bildirib ki, artıq ABŞ-nin hərbi rəhbərliyinə, o cümlədən Müdafiə naziri Pit Heqsetə və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keynə müvafiq göstəriş verib.

“İran hər dəfə bir Amerika əsgərini öldürdükdə, bunun əvəzini qat-qat artıq ödəyəcək! Bu göstəriş bütün hərbi rəhbərlərə çatdırılıb”, - deyə o yazıb.

Demokrat.az

D
demokrat.az