Bakının Qaradağ rayonunda 42 yaşlı kişi arvadına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə onların birgə yaşadıqları evin qonaq otağında baş verib. Bakı şəhər sakini, 1984-cü il təvəllüdlü Fəqan arvadı Mədinə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Fəqan gecəyarısı aralarında yaranmış sözlü mübahisә zamanı әl zәrbәlәri ilә arvadının üzünün sol sifәt nahiyәsinә vә bәdәninin müxtәlif nahiyәlәrinә qәsdәn vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Fəqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə tәqsirlәndirilәn şәxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü tәqsirli bilib. O, hәmçinin әmәlindәn sәmimi peşman olmasını, zәrәrçәkmiş şәxslә barışmasını, zәrәrçәkmiş şәxsin ona qarşı heç bir şikayәt vә tәlәbinin olmamasını deyib.
İş üzrə zәrәrçәkmiş şәxs Mədində də ifadəsində təqsirləndirilən şəxs ilə barışdığını təsdiq edib. O bildirib ki, ərindən şikayәti yoxdur, gәlәcәkdә dә şikayәt vә tәlәbi olmayacaq.
Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddәsinin tələbələrinә әsasәn təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib. O, cinayәt mәsuliyyәtindәn azad edilib.


