Kriminal Özəl

Ata evinə getmək istəyən qadın əri tərəfindən döyüldü

Ata evinə getmək istəyən qadın əri tərəfindən döyüldü

Şəkidə 36 yaşlı kişi həyat yoldaşına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun kəndlərindən birində baş verib. 1990-cı il təvəllüdlü Səməd həmin kәnddә yerlәşәn fәrdi yaşayış evinin qonaq otağında arvadı Zümrüd (adlar şərtidir – red.) ilə mübahisə edib.

Buna səbəb Zümrüdün öz valideynlәrinin evinә getmәk istәmәsini bildirməsi, bu zaman isə Səmədin ona icazә vermәməsi üstündə mübahisə yaranıb.

Həmin vaxt Səməd arvadının qohumlarının ünvanına nalayiq ifadәlәr işlәdib. Bu sәbәbdәn aralarında hәmin şәxsi münasibәtlәr zәminindә yaranmış mübahisә zamanı qәsdәn arvadının sifәt vә әl nahiyәlәrinә ayağı ilә zәrbәlәr vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Faktla bağlı Səmədin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Mәhkәmәdə tәqsirlәndirilәn şәxs qismində ifadə verən Səməd ona verilən ittiham üzrə özünü tәqsirli bilib. O, әmәlindәn peşman olduğunu, zәrәrçәkmiş şәxs ilә barışdıqlarının vә ona maddi ziyan vurmadığını, zәrәrçәkmiş şәxsin onu bağışladığını deyib.

Şəki Rayon Məhkəməsinin hökmü ilə Cinayət Mәcәllәnin 73.2-ci maddәsinin tələblərinə әsasәn təqsirləndirilən şəxsin barəsində olan cinayәt tәqibinә xitam verilib. O, cinayәt mәsuliyyәtindәn azad edilib.

Fariz Məlikli

D
demokrat.az