Avto Özəl

Çin avtomobillərində sonradan bu problem yarana bilər — Açıqlama

Çin avtomobillərində sonradan bu problem yarana bilər — Açıqlama

Çin istehsalı olan avtomobillər Azərbaycana həm rəsmi diler və distribütorlar vasitəsilə, həm də paralel idxal yolu ilə fərdi şəxslər tərəfindən gətirilir. Lakin paralel idxal edilən avtomobillərdə zəmanət və satışdan sonrakı xidmətin olmaması sürücülər üçün bir sıra problemlər yaradır.

Bu barədə Demokrat.az-a açıqlamasında Azərbaycan Diler Assosiasiyasının sədri Eyyub Əliyev danışıb.

Çin avtomobillərində sonradan bu problem yarana bilər — Açıqlama

“Rəsmi dilerlər vasitəsilə satışa çıxarılan avtomobillər istehsalçı tərəfindən təqdim olunan zəmanət, texniki servis və orijinal ehtiyat hissələri ilə təmin edilir. Belə avtomobillərdə hər hansı nasazlıq yarandıqda rəsmi servis mərkəzləri problemi qısa müddətdə aradan qaldırmaq üçün məsuliyyət daşıyır.

Paralel idxal yolu ilə ölkəyə gətirilən avtomobillərdə isə vəziyyət fərqlidir. Belə avtomobillər adətən rəsmi zəmanətə malik olmur, ehtiyat hissələrinin təminatı da sistemli şəkildə həyata keçirilmir. Nəticədə avtomobil sahibləri ehtiyat hissələrini müxtəlif satış məntəqələrindən axtarmağa, uyğun servis və usta tapmaq üçün əlavə vaxt və vəsait sərf etməyə məcbur qalırlar.

Assosiasiya sədri qeyd edib ki, hətta kiçik texniki nasazlıqlar belə paralel idxal edilmiş avtomobillərin sahibləri üçün ciddi çətinliklər yarada bilir:

"Bu isə həm istifadəçilərin narazılığına səbəb olur, həm də həmin avtomobil markalarının bazardakı nüfuzuna mənfi təsir göstərir.

Rəsmi dilerlər tərəfindən satılan avtomobillər satışdan sonra da müştərilərə texniki dəstək göstərilməsi və zəmanət öhdəliklərinin yerinə yetirilməsi baxımından daha etibarlı seçim hesab olunur”, - deyə o fikrini tamamlayıb.

Nuray Paşşanlı

D
demokrat.az