Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar təkcə avtomobil benzini və dizel yanacağına 3 milyard 58,2 milyon manat xərcləyiblər. Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə qeydə alınan göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 4 faiz çoxdur.
Azərbaycanda neft təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur. Müəssisə ölkənin neft məhsullarına olan ehtiyacını tam qarşılayır. Hazırda zavodda yenidənqurma və modernləşdirmə işləri həyata keçirilir.
Yəni ölkədə yanacaq satışından əldə edilən gəlirlər artıb və vətəndaşların benzinlə dizelə çəkdiyi xərc 3 milyard manatı keçib.


