Dünya

Tanınmış aparıcının paylaşımına görə istintaq başladıldı

Tanınmış aparıcının paylaşımına görə istintaq başladıldı

Türkiyəli jurnalist və televiziya aparıcısı Serap Belovacıklı barəsində sosial şəbəkədəki paylaşımına görə istintaq başladılıb.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğu Belovacıklı barəsində Türkiyə Cinayət Məcəlləsinin 216-cı maddəsi – "Xalqı kin və düşmənçiliyə təhrik etmə və ya təhqir etmə" ittihamı üzrə araşdırma aparır.

İstintaqa səbəb jurnalistin sosial şəbəkədə paylaşdığı və ictimaiyyətə ünvanlandığı iddia edilən sərt ifadələr olub. Belovacıklı paylaşımında "Aç köpek gibi sürünmeye devam edin hepiniz. Bunlar size az bile yapıyor. Geberin açlıktan hepinizin parasıyla defa sürsünler. Sığır sürüsü" ifadələrindən istifadə edib.

Məsələni ilk olaraq "Hürriyet" qəzetinin yazarı Abdulkadir Selvi gündəmə gətirib. O, yazısında Belovacıklının paylaşımını tənqid edib.

Selvinin sözlərinə görə, jurnalist ona açıqlama göndərərək paylaşımında xalqı təhqir etmək niyyətinin olmadığını bildirib. Belovacıklı qeyd edib ki, həmin ifadələrlə sosial şəbəkədə ona ağır təhqirlər yazan şəxsə cavab verib.

Selvi də yazısında adıçəkilən şəxsin Belovacıklıya qarşı təhqiramiz ifadələr işlətdiyini qeyd edib.

Qeyd edək ki, 1984-cü ildə Bursada anadan olan Serap Belovacıklı Ankara Universitetinin Kommunikasiya fakültəsinin jurnalistika bölməsini bitirib. O, karyerası ərzində "Habertürk", "Akşam", "Posta", "Haber Global", "TV100" və "Sözcü TV" kimi media qurumlarında çalışıb. Jurnalist Türkiyənin Yeni Parti deputatı Ümit Özlalenin həyat yoldaşıdır.

Editor
Redaktor