Polşada Baş nazir Donald Tuskun və digər yüksək vəzifəli şəxslərin öldürülməsinə çağırışlar etməkdə şübhəli bilinən 46 yaşlı kişi saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Polşa hökumətinin mətbuat katibi Adam Şlapka məlumat verib.
Onun sözlərinə görə, şübhəli şəxs Böyük Polşa voyevodalığının Oborniki şəhərində polis tərəfindən saxlanılıb. Həmin şəxsin internet vasitəsilə Baş nazir Donald Tuskun və Seymin spikerinin də daxil olduğu Polşa hakimiyyəti nümayəndələrinin öldürülməsinə açıq çağırışlar etdiyi bildirilir.
Qeyd edək ki, bu, son günlər ərzində Donald Tusk və Polşanın digər yüksək vəzifəli siyasətçilərinə qarşı təhdidlərlə əlaqədar ikinci həbstdir. Oktyabrın 11-də Baş nazirə və müdafiə naziri Vladislav Kosinyak-Kamışa təhdid mesajları göndərməkdə şübhəli bilinən 60 yaşlı şəxs də saxlanılmışdı.


