İstehsalçılar qeyd edirlər ki, raketin uçuş məsafəsi 300 km-ə qədərdir.
Demokrat.az-ın məlumatına görə, bu barədə "FirePoint" şirkətinin baş direktoru İrina Terex məlumat verib.
Ukrayna ilk dəfə olaraq Rusiya ərazisinə öz istehsalı olan FP-7 ballistik raketini buraxıb.
"Biz ilk dəfə Rusiya ərazisinə öz istehsalımız olan ballistik raketi buraxdıq. Bu, uçuş məsafəsi 300 km-ə qədər olan taktiki ballistik raketdir", - deyə o qeyd edib.
O, həmçinin bildirib ki, mütəxəssislər raketin təkmilləşdirilməsi, xüsusilə də hədəfləri vurmaq üçün onun uçuş məsafəsinin artırılması istiqamətində işləri davam etdirirlər.
"Biz artırılmış mənzilli versiya üzərində işləyirik və o da bu il təqdim olunacaq", - deyə Terex vurğulayıb.
Qeyd etmək lazımdır ki, Ukraynanın "FirePoint" müdafiə şirkəti müxtəlif təyinatlı raketlərin əsas istehsalçısıdır.
O, raketin Rusiyadakı hansı hədəfi vurduğunu açıqlamayıb.
Alparslan


