Bakının Sabunçu rayonunda 36 yaşlı kişi sevgilisini döyüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Sabunçu qəsəbəsində baş verib.
1990-cı il təvəllüdlü Eldar qəsəbənin Elşən Mehdiyev küçəsində idarə etdiyi “Mercedes” markalı avtomobilinin içərisində sevgilisi Arzu (adlar şərtidir – red.) ilə mübahisə edib.
Bu zaman Arzu sevgilisi ilə kobud danışıb və bu səbəbdən onların aralarında mübahisə yaranıb. Mübahisə zamanı Eldar yumruqla qadının baş nahiyəsindən bir neçə dəfə vuraraq ona xəsarətlər yetirib.
Faktla bağlı Eldarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.


