Sağlamlıq Özəl

Bu səhv ağır nəticə ilə bitə bilər — Adil Qeybulla

Bu səhv ağır nəticə ilə bitə bilər — Adil Qeybulla

Antibiotiklərin düzgün istifadəsi sağlamlıq üçün həyati əhəmiyyət daşıyır. Lakin bir çox hallarda vətəndaşlar həkim məsləhəti olmadan, kor-koranə şəkildə ev şəraitində antibiotik qəbul edirlər. Bu isə həm müalicənin effektivliyini azaldır, həm də ciddi fəsadlara yol aça bilər. Bəs antibiotik qəbulu zamanı nələrə diqqət olunmalıdır?

Mövzu ilə bağlı professor Adil Qeybulla Demokrat.az-a deyib ki, ev şəraitində xəstələrə antibiotik inyeksiyasının tətbiqi ciddi risklər yaradır və bu praktikanın dayandırılması vacib hesab olunur:

Bu səhv ağır nəticə ilə bitə bilər — Adil Qeybulla

"Belə hallarda evdə allergik reaksiya və ya anafilaktik şok baş verdikdə operativ tibbi müdaxilə mümkün olmur və bu da ağır nəticələrə, hətta ölümə səbəb ola bilər.

Bu kimi ağır vəziyyətlər dəfələrlə təkrarlanıb və xəstənin həyatı məhz nəzarətsiz şəraitdə aparılan müalicə səbəbilə təhlükəyə düşüb. Xəstəxana şəraitində isə bu cür vəziyyətlərdə dərhal yardım göstərmək və həyati riskləri azaltmaq imkanı olur.

Antibiotiklər yalnız tibbi göstəriş əsasında təyin edilməli, zərurət olduqda isə daha təhlükəsiz formada, məsələn, tablet şəklində qəbul edilməlidir. İnyeksiya formasında istifadənin evdə aparılması tövsiyə olunmur və bu, ciddi fəsadlara yol aça bilər", - deyə o qeyd edib.

Əfsanə Kamal

D
demokrat.az