Kriminal Özəl

Ata sosial şəbəkədə oğlanla yazışan qızını döydü

Ata sosial şəbəkədə oğlanla yazışan qızını döydü

Şəmkir rayonunda ata qızına xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Dəllər qəsəbəsində baş verib. 1985-ci il təvəllüdlü Tahir yaşadığı evdə qızı Günel ilə mübahisə edib.

Qızının mobil telefonda sosial şəbəkədə yazışdığını görməsi aralarında mübahisəyə səbəb olub. Mübahisə zamanı Tahir əli ilə qızını vuraraq ona xəsarət yetirib.

Faktla bağlı Tahirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Tahir törətdiyi əməli etiraf edib və özünü ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, Şəmkir rayonunun Dəllər qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, dializ xəstəsidir, heç yerdə işləmir:

“Zərərçəkmiş Günel mənim qızımdır. Məlum hadisə günü, saat 9 radələrində evdə olduğum vaxt qızım Günelin sosial şəbəkədə kiminləsə yazışdığını gördüyüm üçün aramızda mübahisə baş verdi.

Belə olan halda əsəbiləşdim və əlim ilə onun sifət nahiyəsinə zərbə vurdum. Qızım da məndən şikayət etdi”.

Təqsirləndirilən şəxs deyib ki, sonradan əməlindən peşman olub, zərərçəkmiş şəxs olan qızı ilə barışıb.

Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin barəsində olan cinayət işinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli

D
demokrat.az