Dünya Özəl

Ukrayna Rusiyanın ikinci əsas şəhərinə hücum etdi — VİDEO

Ukrayna Rusiyanın ikinci əsas şəhərinə hücum etdi — VİDEO

Ukrayna Rusiyanın Sankt-Peterburq şəhərinə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.

Demokrat.az xəbər verir ki, hücum zamanı şəhərdə ardıcıl partlayış səsləri eşidilib, liman ərazisində isə yanğın qeydə alınıb.

Yerli mənbələr bildirirlər ki, zərbələr əsasən neft terminalı və liman infrastrukturunun yerləşdiyi hissəyə endirilib. Telegram kanallarında yayılan məlumatlarda bir neçə dronun həmin əraziyə çatdığı iddia olunur.

Hadisədən sonra Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko bölgədə dron təhlükəsi ilə əlaqədar fövqəladə rejim tətbiq edildiyini açıqlayıb.

Qubernatorun sözlərinə görə, təhlükəsizlik tədbirləri çərçivəsində mobil internetin sürətində də müvəqqəti məhdudiyyətlər yarana bilər.

Hadisə ilə bağlı rəsmi qurumlar mümkün dağıntılar və zərər barədə hələlik ətraflı məlumat açıqlamayıb.

Jalə Demokrat.az

D
demokrat.az