Dünya Özəl

Rusiya sıradan çıxmış neftayırma zavodlarını niyə işə sala bilmir?

Rusiya sıradan çıxmış neftayırma zavodlarını niyə işə sala bilmir?

Rusiya zədələnmiş neftayırma zavodlarını yenidən və təcili olaraq işə sala bilməyəcək.

Rusiya Ukrayna ordusunun dron zərbələri nəticəsində sıradan çıxmış və ciddi şəkildə zədələnmiş neftayırma zavodlarının bərpasında ciddi çətinliklərlə üzləşib.

Demokrat.az xəbər verir ki, bu problemi tanınmış ukraynalı iqtisadçı ekspert, müstəqil konsaltinq qrupunun direktoru Sergey Kuyun analiz edib.

Onun sözlərinə görə, Avro-4 və Avro-5 yanacaqları istehsal edən önəmli neft emalı qurğularına çox ciddi ziyan dəyib.

"Hidrotəmizləmə və ya katalitik krekinq qurğularının tikintisi yüz milyonlarla dollara başa gəlir. Moskva Neft Emalı Zavodunda "Avro" bloklar kompleksinin dəyəri bir milyard dollardan çoxdur. Bu, tez bir zamanda bərpa edə biləcəyiniz bir şey deyil", - deyə iqtisadçı izah edib.

Ekspert qeyd edib ki, bu cür avadanlıqlar Qərb lisenziyaları ilə istehsal olunur və sanksiyalara görə yeni avadanlıqların alınması faktiki olaraq mümkün deyil.

Alparslan Demokrat.az

D
demokrat.az