İnsan təri sadəcə kosmetik problem deyil, həm də çox güclü müalicəvi antibakterial vasitədir. Amerika Birləşmiş Ştatlarının alimləri araşdırmalar zamanı bu qənaətə gəliblər. Tədqiqatçılar tərin təhlükəli mikroblara qarşı universal qoruyucu rolunu oynadığını müəyyən ediblər.
Mütəxəssislərin fikrincə, təbiətdə ən dözümlü bakteriyaları məhv etmək üçün tərdən daha effektiv vasitə yoxdur. Bu bioloji mayenin tərkibində zərərli mikroorqanizmləri yox edən xüsusi maddə tapılıb.
Qeyd olunan maddə elmə dermcidin (dermisid) zülalı kimi məlumdur. Tübingen Universitetinin tədqiqatlarına görə, bu təbii antimikrob infeksiyaya qarşı dərhal müdafiə yaradır. Maddə zərərli mikrobların hüceyrə qişasına daxil olaraq onları tez bir zamanda məhv edir.
Mütəxəssislər tərin bu komponentindən yeni nəsil antibiotiklər hazırlamağı nəzərdə tuturlar. Bu kəşf tibdə böyük problem sayılan bakteriyaların dərmanlara qarşı davamlılığı məsələsini həll edə bilər.
Eyni zamanda Avstraliya alimləri də oxşar bioloji araşdırmalar aparıblar. Onlar burun seliyinin orqanizm üçün mükəmməl müdafiə vasitəsi olduğunu iddia edirlər. Tədqiqatçılar bu ifrazatın faydalı mikrofloranı hərəkətə gətirdiyini və immuniteti gücləndirdiyini bildirirlər.


