İqtisadiyyat Özəl

Məhərrəm ayı olsa da, qiyməti artdı — Açıqlama

Məhərrəm ayı olsa da, qiyməti artdı — Açıqlama

Azərbaycanda kafe və restoranlara tədarük edilən yerli istehsal çəllək pivələrinin qiymətinin iyulun 1-dən etibarən artdığı bildirilir. Məlumata görə, 30 litrlik çəlləyin qiyməti 60 manata, 50 litrlik çəlləyin qiyməti isə 100 manata yüksəlib. Bununla yanaşı, Dövlət Vergi Xidməti pivə istehsalı və satışı sahəsində nəzarəti gücləndirib. Qurumun açıqlamasına əsasən, aparılan yoxlamalar zamanı uçotdan gizlədilən gəlirlər, eləcə də sənədləşdirilməmiş xammal dövriyyəsi ilə bağlı ciddi pozuntular aşkarlanıb. Ekspertlərin fikrincə, həm qiymət artımı, həm də vergi nəzarətinin sərtləşdirilməsi iaşə sektorunda qiymətlərə və bazarın fəaliyyətinə təsirsiz ötüşməyəcək.

İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, bu, vergi nəzarətinin nəticəsidirsə və selektiv xarakter daşımayacaqsa, yəni hamıya, o cümlədən xırda istehsalçılara da eyni şəkildə tətbiq olunacaqsa, ciddi problem yaranmayacaq:

Məhərrəm ayı olsa da, qiyməti artdı — Açıqlama

“Bu halda qiymətlər artacaq və alıcılar zamanla yeni qiymət səviyyəsinə uyğunlaşacaqlar. Pivə və digər içkilərin qiymətində artım artıq bazarda müşahidə olunan tendensiyadır və istehlakçılar da buna müəyyən qədər uyğunlaşırlar. Lakin nəzarət yalnız bəzi istehsalçılara tətbiq edilərsə, bu, haqsız rəqabət yaradacaq. Belə yanaşma vergidən yayınmayan istehsalçıların rəqabət qabiliyyətini və mənfəətliliyini azalda bilər.

Ümumilikdə, şəffaflığın artması və vergi nəzarətinin güclənməsi qiymət artımına təsir edən əsas amillərdəndir. Çünki vergi yükü birbaşa məhsulun son satış qiymətinə əlavə olunur”.

Qeyd edək ki, hazırda Hicri təqviminə görə Məhərrəm ayıdır və bu ayda minlərlə insan spirtli içkidən imtina edir.

Leyla Turan

D
demokrat.az