Dünya

Paşinyan İrana səfər edəcəyini təsdiqləyib

Paşinyan İrana səfər edəcəyini təsdiqləyib

Ermənistanın Baş naziri Nikol Paşinyan İrana səfər edəcəyini təsdiqləyib.

Demokrat.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib. Paşinyanın sözlərinə görə, səfər çərçivəsində İran İslam Respublikasının rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, daha əvvəl İran parlamentinin erməni əsilli deputatı Ara Şahverdyan da Paşinyanın İrana səfər edəcəyini bildirmişdi.

Səfərin tarixi və gündəliyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Demokrat.az

D
demokrat.az