Şou-biznes Özəl

Qızı üsyan etdi: "Anamın yedizdirdiyi insanlar dəfninə gəlmədi"

Qızı üsyan etdi: Anamın yedizdirdiyi insanlar dəfninə gəlmədi

"Yeşilçam"ın tanınmış siması, türk aktrisa Ahu Tuğbanın ABŞ-da yaşayan qızı Anjelik Kalvin anasının vəfatından sonra qarşılaşdığı münasibətdən narazılığını ifadə edib.

Demokrat.az xəbər verir ki, 2024-cü ildə ABŞ-da vəfat edən Ahu Tuğbanın ölümü sənət ictimaiyyətində böyük kədər doğurmuşdu. Anasının vəfatından sonra çətin günlər keçirdiyini bildirən Anjelik Kalvin bununla bağlı müxtəlif açıqlamalar verib.

Uzun fasilədən sonra Türkiyəyə gələn Kalvin bildirib ki, ABŞ-da yaşadığı evdə ağır psixoloji travma keçirib: "ABŞ-dakı evdə böyük psixoloji travma yaşadım. Bütün bu müddət ərzində oteldə qaldım. Atam təkcə otel xərcləri üçün 20–30 min dollardan çox pul ödəyib".

Kalvin həmçinin bildirib ki, anasının vəfat etdiyi otaq uzun müddət onda ağır xatirələr oyadıb: "Anamın vəfat etdiyi çarpayı gözümün qarşısında idi. Həmin anın şoku ilə onun qan ləkəsi olan yastığını saxlamışdım".

O, həmçinin anasına məxsus bəzi şəxsi əşyaların oğurlandığını iddia edib. Anjelik Kalvin anasının həyatından film çəkilməsi ilə bağlı suala da münasibət bildirib: "Onun həyatı bir filmə sığmaz. Deyirlər ki, Serenay Sarıkaya və Afra Saraçoğlu onu canlandıra bilər. Məncə, onların səviyyəsi buna uyğun deyil".

Kalvin bildirib ki, onu ən çox üzən məsələ anasının dəfn mərasimi olub: "Anamın illərlə yaxşılıq etdiyi, süfrəsində qonaq etdiyi insanların çoxu onun dəfninə belə gəlmədi. Onu son mənzilə yalnız həqiqi dostları yola saldı".

Onun sözlərinə görə, anasının cənazəsi hələ morqda olarkən, vaxtilə onun dəstəyini görmüş bəzi aktyorlar mediada onun haqqında danışmağa başlayıblar: "Bu, böyük vəfasızlıq idi".

Kalvin bildirib ki, anasının həyatının son həftəsi çox ağır keçib. Onun sözlərinə görə, Ahu Tuğba gecələr yata bilmir, səbəbsiz qızdırması olur, ürək ağrılarından şikayət edir, hətta əlindəki boşqabı saxlamaqda çətinlik çəkirdi. Kalvinin sözlərinə görə, anası ona belə deyib: "Mən gedəcəyəm. Hansı gün öləcəyimi bilirəm. Mənə nəsə olsa, məni burada qoymayın, vətən torpağında dəfn edin".

Anjelik Kalvin əlavə edib ki, nənəsinin vəfatından sonra anası dərin psixoloji sarsıntı keçirib: "Sanki böyük və güclü bir qadın qorxaq və məsum bir uşağa çevrilmişdi".

O, həmçinin bildirib ki, anası insanların sosial şəbəkələrdə şəxsi həyatlarını nümayiş etdirməsindən narahat olur və bu cür paylaşımları bəyənmirdi.

Jalə Demokrat.az

D
demokrat.az