"Kremllə Paşinyan arasındakı münaqişə iki fərqli anti-erməni layihənin münaqişəsidir"
Demokrat.az xəbər verir ki, bu barədə tanınmış erməni bloger yazıb.
Qeyd edirik ki, "İşıq Ordusu" hərbi-vətənpərvərlik təşkilatının prezidenti, "Sirius" bölmələrinin komandiri, bloqqer Karen Arayan bu yaxınlarda yaydığı efirdə Rusiyanın dövlər informasiya agentliyinin və RT telekanalının baş redaktoru Marqarita Simonyanı sərt tənqid edib.
Karen Arayan sözlərinə Marqarita Simonyanı "insanlığın genetik səhvi" adlandırmaqla başlayıb.
"Kremlin çürümüş mövqeyini dilə gətirməklə, siz onun iliiyinə qədər başqa millətlərə qarşı açıq-aşkar nifrətini etiraf edirsiniz. Siz belə bir nifrət səviyyəsinə görə çox kiçik bir hədəfsiniz. Sizin timsalınızda mən sizin Kremlin tam ürəyinə, xalqları özlərinə qarşı nifrətə sövq edən o çürük, qorxaq, yırtıcı varlığa zərbə vururam. Sən çoxdan içəridən çürümüş bir imperiyanın alətisən və onun uğurunda ətrafa zəhər səpməkdə davam edirsən. Paşinyanla nə etmək Kreml zooparkının yox, erməni xalqının işidir!" deyə K.Arayan vəd edir.
O, Marqarita Simonyanın sözlərindən sitat gətirib:
"Ermənistanda nə baş verdiyini bilmirəm... Mən həyatımda iki dəfə orda olmuşam... Onların beyinlərində nələr var? Niyə, hətta bircə səsi də o cəfəng Əfəndi Paşinyana veriblər, bilmirəm??".
K. Arayan vurğulayıb ki, o, bura Paşinyanı müdafiə etmək üçün gəlməyib, amma Marqaritanın iyrənc mövqeyinə reaksiya da verməyə bilmir.
"Mən Paşinyanı müdafiə etmirəm, məntiqi müdafiə edirəm, erməni xalqının suveren düşüncə hüququnu müdafiə edirəm. Çünki Kremlin mikrofonu olan birisi erməni tarixi, erməni yaddaşı və erməni gələcəyi adından danışmağa başlayanda bu, artıq siyasi şərh deyil, müdaxilədir. Müdaxiləyə isə cavab verilməlidir. Bu prinsip məsələsidir və mənim üçün hansısa siyasətçiyə münasibət xalqımın maraqlarından üstün ola bilməz. Burada məsələ artıq kimin iqtidarda olması deyil, kimin öz-özünə millətlə ağa və subyekt dilində danışmaq haqqını təkəbbür etdirməyə çalışmasıdır. Mən isə bir erməni kimi cavab verirəm. Paşinyan burada tamamilə ikinci plandadır. Mən bu seçkilərdə iştirak etmədim, çünki seçim üçün heç nə yox idi. Siz, Kremlin aksesuarı kimi Ermənistana iki dəfə səfər etmiş Marqarita, o qədər qudurmusunuz ki, xalqımızın seçimini şübhə altında qoyub onu aşağılamaq qərarına gəlmisiniz? Bu cürəti hardan alırsınız?!" – deyə K. Arayan erməni əsilli Marqaritaya üzünü tutub soruşur.
Xatırladırıq ki, Marqarita Simonyan son seçkilərdə Paşinyanın qələbəsindən sonra erməniləri təhqir edərək onları "kütbeyin kütlə" adlandırmışdı.
Alparslan Demokrat.az


