Venesuelada baş verən dağıdıcı zəlzələlərdən sonra dağıntılar altında qalan qadın bütün çətinliklərə baxmayaraq sağlam övlad dünyaya gətirib.
Demokrat.az xəbər verir ki, xarici KİV-in məlumatına görə, doğuş son dərəcə ağır şəraitdə baş verib. Elektrik enerjisi, tibbi avadanlıq və həkim nəzarəti olmadan, dağılan binanın qalıqları arasında dünyaya gələn körpənin və ananın vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Qeyd edək ki, ölkədə əvvəlcə 7,2, daha sonra isə 7,5 bal gücündə iki güclü zəlzələ qeydə alınıb. Əsas təkanlardan sonra 30-a yaxın afterşok baş verib.
Rəsmi məlumatlara əsasən, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 589-a, yaralananların sayı isə 2 980 nəfərə yüksəlib.
Zəlzələlər çoxsaylı yaşayış binalarını dağıdıb, xəstəxanalar və digər infrastruktur obyektlərinə ciddi ziyan vurub. Həmçinin ölkənin əsas hava limanının fəaliyyəti müvəqqəti dayandırılıb.
Jalə Demokrat.az


