Dünya

Putin: Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara hazırdır

Putin: Rusiya İstanbul razılaşmaları əsasında Ukrayna ilə danışıqlara hazırdır

Rusiya Ukrayna ilə sülh danışıqlarının bərpasına hazır olduğunu açıqlayıb.

Demokrat.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin hökumət üzvləri ilə keçirdiyi müşavirədə bildirib ki, Moskva danışıqlara İstanbulda əldə olunmuş razılaşmalar əsasında başlamağa hazırdır.

Onun sözlərinə görə, həmin razılaşmalar əvvəlki mərhələdə Ukrayna nümayəndə heyəti tərəfindən paraflanıb və Moskvanın mövqeyi dəyişməyib.

Putin həmçinin qeyd edib ki, Rusiya danışıqlar prosesini dörd əsas prinsip üzərində qurmağa hazırdır. Bunlara İstanbulda əldə olunan razılaşmalar, Ankoricdə müzakirə edilən mexanizmlər, “yerdəki reallıqlar” və 2024-cü ilin iyununda Xarici İşlər Nazirliyində səsləndirilən yanaşmalar daxildir.

Rusiya tərəfi bu çərçivələrin müzakirə üçün əsas baza ola biləcəyini bildirir.

Demokrat.az

D
demokrat.az