Oğuz rayonunda 37 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Padar kəndi ərazisində, "Bazar yeri" adlanan ərazidə baş verib. 1989-cu il təvəllüdlü Əhməd aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı özünə məxsus velosipedi Əlinin (adlar şərtidir – red.) baş və əl nahiyələrinə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Məlum olub ki, onların arasında mübahisənin yaranmasına səbəb bir-birlərini təhqir etmələri olub.
Faktla bağlı Əhməd barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Əhməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmişin ondan heç bir şikayətinin olmadığını bildirib.
Zərərçəkmiş Əli də ifadəsində təqsirləndirilən şəxslə barışdığını təsdiqləyib. Bununla bağlı məhkəməyə ərizə təqdim olunub.
Oğuz Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.
Demokrat.az


