Sağlamlıq Özəl

Milyonların istifadə etdiyi məşhur arıqlama iynəsi can ala bilər? — Qorxulu faktlar

Milyonların istifadə etdiyi məşhur arıqlama iynəsi can ala bilər? — Qorxulu faktlar

Dünyada çəki atmaq üçün son dövrlər geniş yayılan "Ozempic" və "Wegovy" kimi populyar arıqlama iynələrinin hər kəsdə eyni nəticəni vermədiyi məlum olub.

Demokrat.az xəbər verir ki, aparılan elmi araşdırmalara görə, bu preparatlardan istifadə edən pasiyentlərin 10%-dən 30%-nə qədərində gözlənilən çəki itkisi baş vermir. Ekspertlər arıqlama iynələrinin təsir etməməsinin əsas səbəblərini açıqlayıblar:

Dərmanın düzgün qəbul edilməməsi: Pasiyentlərin böyük hissəsi iynələrdən qaydalara uyğun istifadə etmir və ya müalicəni vaxtından əvvəl yarımçıq qoyur.

Genetik faktorlar: İnsanların təxminən 10%-i bioloji olaraq bu növ dərmanlara qarşı genetik müqavimətə malikdir və bədənləri preparata reaksiya vermir.

Cinsiyyət fərqi: Araşdırmalar göstərir ki, qadınlar estrogen hormonunun səviyyəsinə görə bu iynələr vasitəsilə kişilərə nisbətən daha çox və sürətli çəki itirirlər.

Psixoloji və emosional aclıq: Əgər insan stress və ya depressiya səbəbindən həddindən artıq qidalanırsa, bu iynələr beyindəki emosional aclıq mərkəzinə təsir göstərə bilmir.

Digər dərmanların təsiri: Antidepressantlar və bəzi hormonal preparatlar qəbul edən şəxslərdə arıqlama iynələrinin effekti kəskin şəkildə aşağı düşür.

Tibbi Xəbərdarlıq: Bu məlumat ümumi maarifləndirmə xarakteri daşıyır. Arıqlama preparatlarından istifadə etməzdən əvvəl mütləq həkim-endokrinoloqla məsləhətləşmək lazımdır.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova