Dünya Özəl

ABŞ İrana qarşı hərbi əməliyyatının xərcləri açıqlandı

ABŞ İrana qarşı hərbi əməliyyatının xərcləri açıqlandı

ABŞ-ın İrana qarşı hərbi əməliyyatlara çəkdiyi xərclər 113,3 milyard dollar təşkil edib.

Demokrat.az xəbər verir ki, bu barədə "Iran War Cost Tracker" portalı məlumat yayıb.

Qeyd olunur ki, platforma Yaxın Şərqə göndərilən hərbçilərin, hərbi gəmilərin saxlanılması və digər əlaqəli xərcləri hesablayır. Hesablama metodologiyası ABŞ Müdafiə Nazirliyinin Konqresə təqdim etdiyi hesabatlara əsaslanır. Həmin sənəddə əməliyyatın ilk 6 gününün 11,3 milyard dollara başa gəldiyi, daha sonra isə gündəlik təxminən 1 milyard dollar xərcləndiyi bildirilirdi.

"Iran War Cost Tracker"in yekun hesablamasına görə, 108 gün davam edən münaqişə ABŞ-a təxminən 113,3 milyard dollara başa gəlib və hazırda bu xərclər artıq artmır.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova