İsti hava şəraitində susuzluğu yatırmağın ən yaxşı yolu adi sudur. İnsan orqanizminin maye ehtiyacını tam qarşılamaq üçün təmiz sudan istifadə mütləqdir.
Demokrat.az xəbər verir ki, rusiyalı həkim-terapevt Aleksey Abızov istidə düzgün qidalanma və maye qəbulu ilə bağlı faydalı məsləhətlər verib. Mütəxəssis təmiz suyun bədəndəki maye itkisini daha effektiv şəkildə bərpa etdiyini bildirib. Bu proses orqanizmdə susuzlaşma riskinin qarşısını tamamilə alır.
"İstidə susuzluğu təmiz içməli su ilə yatırmaq ən yaxşı üsuldur"
Həkim həmçinin ev şəraitində hazırlanan şəkərsiz içkilərdən istifadə etməyi də tövsiyə edib. Müxtəlif giləmeyvələr, limon, nanə əlavə edilmiş sular və ya bitki çayları istidə bədəni gümrah saxlayır.
Həmçinin oxu: Təmizlik suyuna 1 qaşıq əlavə edirsən, mebellər 1 həftə toz tutmur Pendirin bu növünü satanlar yüksək məbləğdə cərimələnir Kondisioneri əvəz edən dibçək bitkiləri
Digər mütəxəssis həkim-qastroenteroloq Artem Matsola isə son vaxtlar populyarlaşan bəzi içkilər barədə xəbərdarlıq edib. Ekspert tərkibində alkoqol olan bəzi xüsusi çay növlərindən uzaq durmağı məsləhət görüb.
"Belə tünd çayların tərkibində alkoqolun miqdarı 10 faizə qədər çata bilər"
Həkimin sözlərinə görə bu növ məhsullar gələcəkdə alkoqolizmin gizli formasına yol açır. Bu səbəbdən isti havalarda zərərli içkilər əvəzinə təbii üsullara üstünlük verilməlidir.
İsmayıl Demokrat.az


