Dünya Özəl

Can Polat öldürülməsində yeni detal — Hücum əmrini kim verib?

Can Polat öldürülməsində yeni detal — Hücum əmrini kim verib?

Türkiyənin İzmir vilayətinin Çeşmə-Alaçatı bölgəsində baş verən və ictimaiyyətin diqqətini çəkən silahlı hücumla bağlı yeni məlumatlar ortaya çıxıb. Hadisə nəticəsində Can Polat həyatını itirib.

Demokrat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı Engin Polat və Dilan Polat ailəsi istirahət üçün Çeşmədə olub və hücum hədəfinin Polat ailəsi olduğu ehtimal edilir.

Silahlı insident hotelin qarşısında baş verib. Ailənin mühafizəsi ilə məşğul olan, eyni zamanda Engin Polatın qohumu olan 37 yaşlı Can Polat açılan atəş nəticəsində yerindəcə ölüb.

Hadisədən sonra 23 yaşlı şübhəli qısa müddətdə polis tərəfindən saxlanılıb. İzmir Valiliyinin açıqlamasına əsasən, S.A. cinayətdə istifadə edildiyi düşünülən silahla birlikdə ələ keçirilib.

İstintaqın ilkin nəticələrinə görə, hücum əmrinin ictimaiyyətdə “Daltonlar” adı ilə tanınan cinayət qruplaşması tərəfindən verildiyi iddia olunur.

Digər versiyaya görə isə hücum edən şəxslər Polat ailəsinin Çeşmədə olduğunu sosial şəbəkələrdə Dilan Polatın paylaşdığı məlumatlar vasitəsilə müəyyən ediblər. Engin Polatın ilkin ifadəsində uzun müddətdir bu qruplaşma tərəfindən təhdid edildiklərini bildirdiyi qeyd olunur.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova